İlham Əliyev Xəzərdəki körpünün açılışını etdi – Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mayın 11-də paytaxtın Pirallahı rayonunda yeni körpünün açılışında iştirak ediblər.
Azəravtoyol ASC-nin prezidenti Saleh Məmmədov dövlət başçısına Pirallahı körpüsü və yanaşma yolları barədə məlumat verib.
Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu 442, eni 14, hərəkət zolağının eni isə 12 metrdir.
Dövlət başçısı yeni körpünün rəmzi açılışını bildirən lenti kəsib.
Sonda xatirə şəkli çəkdirilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR