“Instagram”da arxivləşdirmə funksiyası yaradılıb

“Instagram”da yeni – “Arxiv” funksiyası yaradılıb.

Oxu.Az xəbər verir ki, dərc edilən şəkilləri silmədən gizlətmək olar. Foto və ya video “Arxiv”ə düşdükdən sonra onu yenidən lentdə bərpa etmək mümkündür.

Bu funksiyanın əlavə edilməsi barədə qərar servisin istifadəçilərinin az bəyənilən və ya mənfi rəy yazılan şəkilləri silməli olduqlarına dair şikayətlərindən sonra meydana çıxıb.

Hazırda “Arxiv” funksiyası test rejimində bəzi istifadəçilər üçün tətbiq edilir. Gizli şəkillərə baxmaq üçün sağda yuxarıdakı küncdə saat olan işarəni basmaq lazımdır. Materialı arxivdən çıxarıldıqdan sonra şəkilin və ya videonun bütün bəyəni və şərhləri saxlanılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR