İqlim dəyişikliyi: Tramp Paris müqaviləsinə görə dünyanı gözlədir

ABŞ prezidenti Donald Tramp Paris müqaviləsindən çəkilib-çəkilməyəcəyini gələn həftə qərarlaşdıracaq. O, bu barədə tvitter hesabından məlumat yayıb.

Siciliyada G7 sammitində iştirak edən Tramp digər altı iştirakçıdan fərqli olaraq yekun qərarını açıqlamayıb. Seçki kampaniyasında dönə-dönə Paris anlaşmasından çəkiləcəyini bəyan etsə də, Trampın “hə-yox” bildirməməsi müttəfiqlərin ona təzyiq etdiyini göstərir.

Paris müqaviləsi nədir?

2015-ci ildə bağlanan Paris müqaviləsi iqlim dəyişikliyinə qarşı dünyada ilk əhatəli bağlanan müqavilədir. Müqavilənin bağlanmasında məqsəd ortalama qlobal temperatur artımını 2 C-dən aşağı tutmaqdır.

Bu məqsədlə ölkələr karbon emissiyalarını azaltmaq öhdəliyi götürüb.

Lakin müqavilə yalnız 55 ölkə ratifikasiya etdikdən sonra qüvvəyə minib. Müqaviləni imzalayan ölkələr içərisində qlobal karbon emissiyasının 55%-ni buraxanlar da var.

ABŞ-ın keçmiş prezidenti Barak Obama Paris müqaviləsinin 2016-cı ildə imzalayıb və hazırda G7 ölkələri ABŞ-ın müqavilədən çıxmasını istəmirlər. Belə ki, istixanalardan buraxılan karbon emissiyasına görə ABŞ Çindən sonra ikinci yeri tutur.

Tramp nə üçün müqavilədən çıxmaq istəyir?

Tramp seçicilərinə buna əsas olaraq Paris müqaviləsinin “milli təhlükəsizliyə qarşı” olduğunu müdafiə edib. Eyni zamanda dəfələrlə kömür sənayesini gücləndirəcəyini bildirib.

Kömür karbon emissiyalarının ən əsas səbəbkarıdır. Lakin Tramp kömür sənayesini inkişaf etdirəcəyini və bu sayədə yeni iş yerlərinin açılacağını deyib. O, ümumiyyətlə iqlim dəyişikliyinin olmadığını və bunun Çinin bir oyunu olduğunu da vurğulayıb.

ABŞ müqavilədən geri çəkiləcəkmi?

ABŞ müdafiə katibi Ceyms Mattis bildirib ki, prezident hazırda məsələyə açıq fikirdədir.

Müqavilədən geri çəkilmək Trampı həm xaricdəki müttəfiqlər, həm də ölkədəki aktivistlər baxımından riskə atacaq.
G7 sammitində Trampın qeyri-müyyən davranışına Almaniya kansleri Angela Merkel sərt reaksiya verib. “İqlim dəyişikliyi haqqında gedən bütün müzakirələrə çətin keçdi, qaneedici deyil” – Merkel açıqlayıb.

ABŞ müqavilədən çıxarsa bunun balaca ölkələrə də təsir edəcəyi və onların da çıxacağı bildirilir. Hətta heç bir ölkə müqavilədən çıxmasa belə tək ABŞ-nin çıxması müqavilənin əhəmiyyətini itirməsi deməkdir. Çünki ABŞ dünya üzrə çox böyük karbon ayaq izinə malikdir.

ABŞ rəhbərliyinin nə qərar verib-verməyəcəyindən asılı olmayaraq Çin və Hindistan müqavilədən çəkilməyəcəyini bəyan edib.

Tramp məsələ ilə bağlı bir fikir bəyan etməsə də, bəzi ABŞ ştatları Paris müqaviləsinə sadiq qalacağını bəyan edib (BBC). Belə ki, Tramp administrasiyasının dəstəyi olmasa da Kaliforniya və Nyu-York iqlim dəyişikliyi ilə bağlı müqaviləyə bağlı qalacaqlarını bəyan ediblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR