İran səfiri yaralandı: 90 nəfər öldü – Video

Kabilin mərkəzində baş verən partlayış zamanı İranın Əfqanıstandakı səfiri də yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə “Erem Nyus” xəbər portalı məlumat yayıb.

“İran səfiri Məhəmməd Rəda Bərhami yaralanıb, səfirliyin binası da ciddi dağıntıya məruz qalıb. Səfirliyin diplomatları və digər əməkdaşları salamatdır”, – portal bildirib.

Məlumatda o da qeyd olunub ki, İranın Dövlət Teleradiosunun və İRNA agentliyinin nümayəndəliklərinin yerləşdiyi bina da dağılıb.

Qeyd edək ki, bu gün Kabildə baş vermiş partlayış nəticəsində ölənlərin sayı 90 nəfərə çatıb, ən azı 380 yaralının olduğu bildirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR