İşdən çıxarılan general Gürcüstana qaçıb

Rusiya Silahlı Qüvvələrinin Moskvaətrafı bölgələr üzrə rəhbəri, general-mayor Aleksey Lauşkin Prezident Vladimir Putinin əmri ilə vəzifəsindən azad edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb. Vəzifədən azad edilən general Gürcüstana qaçıb.

Məlumata görə, Lauşkinə qarşı korrupsiya ittihamı irəli sürülüb və o, axtarışa verilib.

Məlumatlara görə, general Lauşkin hazırda həbsdə olan polkovnik Zaxarçekoya 800 min dollar rüşvətin çatdırılmasında vasitəçilikdə ittiham olunur. İlkin ehtimallarda generalın Gürcüstana qaçdığı iddia edilir.

Qeyd edək ki, Zaxarçenko ötən ilin sentyabrında vəzifə səlahiyyətlərini aşma və rüşvət alma maddələri üzrə təqsirli bilinərək, həbs olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR