İslamiada: “Qalatasaray” və “Beşiktaş”ın futbolçuları Bakıya gəlir

Futbol üzrə Türkiyə yığmasının Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb. Apasport.az-ın Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, “ay-ulduzlular”a 23 futbolçu dəvət edilib.

Komanda mayın 2-də Beykoz-Rivada yerləşən “Hasan Doğan” təlim-məşq mərkəzində bir araya gələcək. 3 günlük hazırlıqdan sonra türklər mayın 5-də paytaxtımıza gələcəklər.

“23-lük”də cəmi 1 futbolçu 23 yaşdan yuxarıdı. Bu, “Zonquldak Kömürspor”un yarımmüdafiəçisi Onur Erişdi. Həmçinin “Qalatasaray”, “Beşiktaş” və “Fənərbaxça”dan da 1 nəfər heyətdə yer alıb.

Qapıçılar: Muhammed Şengezer (“Bursaspor”), Muhammed Birkan Tetik (“Fatih Karagümrük”), Ərhan Ərəntürk (“Karşıyaka”)

Müdafiəçilər: Mehmet Zəki Çelik (“İstanbulspor”), İbrahim Sərdar Aydın (“Yeşil Bursa”), Gökhan Kardeş (“PSV Eyndhoven”, Hollandiya), Bahadır Öztürk (“Kırklarelispor”), Hasan Kuruçay (“Nestved”, Norveç), Hakkı Can Aksu (“Fethiyespor”), Özkan Taştemur (“Konya Anadolu Səlçukspor”), Karahan Yasir Subaşı (“Anadolu Üsküdar 1908 Spor”)

Yarımmüdafiəçilər: Abdullah Balıkçı, Taylan Antalyalı (hər ikisi “Hacettepe”), Melih Okutan (“Anadolu Üsküdar 1908 Spor”), Kerem Çalışkan (“Qalatasaray”), Muhammed Dəmirci (“İstanbulspor”), Oğuzhan Kayar (“Aydınspor”), Doğanay Kılıç (“Qaziantepspor”), Alican Özfesli (“Altınordu”), Onur Eriş (“Zonquldak Kömürspor”), Muhammed Enes Durmuş (“Beşiktaş”)

Hücumçular: Ahmethan Köse (“Fənərbaxça”), Muhammet Bəşir (“1461 Trabzon”).

Qeyd edək ki, İslamiadada B qrupunda mübarizə aparacaq Türkiyə yığması mayın 8-də Əlcəzair, 11-də Oman, 15-də isə Fələstinlə üz-üzə gələcək.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR