İsmayıllıda 25 yaşlı gənc bıçaqlandı – VİDEO

Hadisə axşam saatlarında rayonun Bizlan kəndində qeydə alınıb.

ARB Şəki xəbər verir ki, Basqal qəsəbə sakini, 25 yaşlı Hacı Nağıyev şəxsi münasibətlər zəminində aralarında baş verən dava zamanı Bizlan kənd sakini, həmyaşıdı Elçin Qədirovu bıçaqlayıb.

Bədənin müxtəlif nahiyələrindən 3 bıçaq xəsarəti alan Elçin Qədirov İsmayıllı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə çatdırılıb və əməliyyyat olunub. Onun həyatını xilas etmək mümkün olub. Hacı Nağıyevsə saxlanılıb.

Hazırda faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR