“Kənan M.M bizə “boş adam” deyirdi, ona başa saldım ki…” – Müşviq Şahverdiyev – VİDEO

“Kənana bir-iki şeir yazıb geyindirərdim”

ARB TV-nin “Evgördü” verilişinə qonaq olan yumor aktyoru Müşviq Şahverdiyev maraqlı açıqlamalar verib.

Tanınmış aktyor çox yemək yediyini bildirib: 

“Yeməyi çox sevirəm. Amma əvvəlki kimi yemirəm, diqqət edirəm. Anam da çox yeyəndir. Ev üstündə anamla yeganə mübahisəmiz o oldu ki, mətbəxt mebelinin dizaynı. Sonradan mən deyənlə razılaşdı. Bu evi çox bəyənirəm. Eyvanımız da var, şəhərə panoramamız da”.

Daha sonra o, rejissor Kənan MM ilə arasında olan münasibətə aydınlıq gətirib: 

“Küslülüyüm yoxdur heç kimlə. Əvvəllər olub, amma müəyyən vaxt sonra yoluna qoymuşam. Mən özüm küsdümsə, birinci cəhdi etmirəm. Əgər günahın yarısından çoxu məndədirsə, o zaman fikrləşərəm. Kənan qardaşımızdır. Bizə “boş adam” deyirdi. Mən də Kənana başa saldım ki, biz boş deyilik, “Erikson”uq (gülür). Şeir yazmışdı bizə, heyf ki, şeir yazmaq qabiliyyətim yoxdur, yoxsa Kənana bir-iki şeir yazıb geyindirərdim”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR