Karasin: “Rusiya Polad Bülbüloğlunun YUNESKO-nun baş katibliyinə namizədliyini tam dəstəkləyir”

“Rusiya Polad Bülbüloğlunun YUNESKO-nun baş katibliyinə namizədliyini tam dəstəkləyir”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər nazirinin müavini Qriqori Karasin 28 May-Respublika Gününə həsr olunan təntənəli qəbulda çıxışında bildirib.

“Rusiya və Azərbaycan bütün beynəlxalq arenalarda, BMT, MDB , Şanxay Əməkdaşlıq Təşkilatı, ATƏT, Xəzər beşliyi və digər təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir. Əlbəttə ki, bu ilin yazında dostumuz Polad Bülbüloğlunun YUNESKO-nun baş katibliyi vəzifəsinə namizədliyi uğrunda seçki kampaniyasına Rusiyanın tam dəstəyi ilə başlanıldı. Biz, Polad Bülbüloğluna səmimi qəlbdən uğurlar arzu edirik”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR