Kataloniya müstəqilliyini elan edəcək? – İspaniyanı sarsıdan xəbər

İspaniyanın ən çox oxunan qəzetlərindən olan “El Pais” hökumət referenduma icazə verməyəcəyi təqdirdə Katalonyanın müstəqilliyini elan edəcəyi barədə xəbər yayıb.
İspaniya hökuməti qanunların bölgədaxili referendum keçirməyə icazə vermədiyini səbəb gətirərək, katalonarın ilkin tələbini rədd etmişdi.
“El Pais”ə görə isə, Katalonya İspaniyadan ayrılmaq üçün hazır vəziyyətdədir. Bölgə idarəçilərinin hazırda yerli konstitusiya haqqında fikir mübadiləsi apardığı iddia olunur.
Son olaraq, nəşr Katalonyanın sentyabr-oktyabr aylarında müstəqillik mövzusunda ciddi addımlar atacağını yazıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR