Kim Çen Inın qardaşının qatilləri məhkəmə qarşısına çıxıblar

Şimali Koreya lideri Kim Çen Inın qardaşı Kim Çen Namı qətlə yetirməkdə ittiham edilən İndoneziya və Vyetnam vətəndaşları bu iş üzrə ilkin məhkəmə iclasında iştirak etmək üçün Malayziyaya gətiriliblər.

Oxu.Az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

28 yaşlı Vyetnam vətəndaşı Doan Ti Xuonq və 25 yaşlı İndoneziya vətəndaşı Siti Aysuyax Kim Çen Namın qətlində yeganə şübhəli bilinən şəxslərdir. Dinləməyə onlar vəkillərin və hərbi mühafizənin müşayiəti ilə gəliblər.

Qadınları ölüm hökmü gözləyir. Onlar günahlarını etiraf etmirlər.

Kim Çen Nam – Şimali Koreya liderinin ögey qardaşıdır. O, 2017-ci ilin fevralın 13-də qətlə yetirilib. Kim Çen Nam Kuala-Lumpur aeroportunda üzünə tərkibində yüksək toksinli VX olan maye sıçradıldıqdan sonra xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR