“Kommersant”: Ukrayna Rusiya ilə dəmir yol əlaqələrini dayandırır

Ukrayna iyulun 1-dən Rusiya ilə dəmir yolla sərnişindaşımanı dayandırmağı planlaşdırır.

APA-nın məlumatına görə, bu barədə “Kommersant” Kiyevdə olan mənbəyə istinadən yazıb.

Bildirilir ki, buna səbəb Rusiya Dəmir Yollarının Rusiyadan Antiterror Əməliyyatları Zonasına, xüsusilə Donetskə sərnişin daşınmasını dayandırmaq tələbləri yerinə yetirməməsidir. Ukrayna Dövlət Dəmiryol Administrasiyası bu barədə hələlik heç bir qərarın olmadığını bildirib.

Rusiya tərəfi də rəsmi Kiyevdən bildiriş almadığını açıqlayıb

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR