Kral Salmandan İrana sensasion ittihamlar : “İran Xomeynidən bu yana terrorizm bayrağını daşıyır”

Səudiyyə Ərəbistanı Kralı Salmanbin Abduləziz  ABŞ prezidenti Donald Trampla yanaşı 50-dən çox ölkə lideri və nümayəndə heyətinin iştirakı ilə Ciddədə keçirilən ABŞ-Ərəb  və İslam ölkələri Sammitində İranı sərt şəkildə tənqid edib.

Avropa.info xəbər verir ki, Kral Salman açılış mərasimindəki nitqində İranı terrora dəstək verməkdə ittiham edib.

“İran rejimi, Xomeyni inqilabından bu yana qlobal terrorizm bayrağını daşıyır. Bizim yaxşı niyyətlə təqdim etdiyimiz yaxşı qonşuluq münasibətləri ilə bağlı təşəbbüslərimizi rədd etdi. Bu xoş niyyətlərimizə qarşı regionda işğalçılıq siyasət və terror aktları həyata keçirərək cavab verdi. Beynəlxalq hüququ pozaraq qonşu ölkələrinin daxili işlərinə müdaxilə etdi” deyə Kral Salman bildirib.

İran xalqı ilə heç bir problemlərinin olmadığını və xalqı ehtiramları olduğunu dilə gətirən Kral Salman, Səudiyyə Ərəbistanının siyasətinə qarşı İran rejiminin mövqeyinin yanlış olduğunu deyib.

“Susqunluğumuzu zəiflik, müdrikliyimizi isə geri addım kimi qəbul etdi” deyə Səudiyyə Ərəbistanının dövlət başçısı qeyd edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR