Kriştianu Ronaldu 5 il müddətinə həbs oluna bilər

İspaniyanın “Real Madrid” klubunun futbolçusu Kriştianu Ronaldu vergi ödəməkdən yayındığı üçün 5 il müddətinə həbs oluna bilər.

“Report”un “Marca”ya istinadən verdiyi məlumata görə, İspaniyanın Maliyyə Nazirliyi portuqaliyalı hücumçunun ünvanına vergi xidmətinin ittihamlarını dəstəkləyib. Dövlət orqanlarının hesablamalarından sonra Ronaldunun 2011 – 2013-cü illərdə 600 min avrodan çox vergi ödəməkdən yayındığı müəyyənləşib. Bu qayda pozuntusunu cinayət kimi qəbul edərək, 32 yaşlı oyunçunu 5 il müddətinə həbs edə bilərlər.

Buna baxmayaraq, Maliyyə Nazirliyi etiraf edib ki, hökmün çıxarılmasına müxtəlif yumşaldıcı amillər – futbolçunun öz günahını etiraf etməsi və gizlətdiyi məbləği tam ödəməsi təsir edə bilər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR