Məktəblilərin davası ölümlə bitdi

Masallıda məktəblilər arasında yaranan mübahisə ölümlə nəticələnib. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonunun Boradigah qəsəbəsində 1 saylı məktəbdə qeydə alınıb. Kənan  və Həsənağa adlı məktəblilər arasında yaranan mübahisə davaya çevrilib. Nəticədə Kənan gicgah nahiyəsindən aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.
Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Hadisəyə məktəblilər arasında yaranan mübahisənin səbəb olduğu deyilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR