Mərhumənin ailəsi KİV-də və sosial şəbəkələrdə yayılan informasiyalara münasibət bildirdi

Paytaxtın Yasamal rayonu Zivərbəy Əhmədbəyov küçəsi 21 ünvanında baş verən qətl hadisəsi il bağlı yayılan rəsmi məlumat belədir: Bakı şəhər sakini 31 yaşlı Anar Məsimov qısqanclıq zəminində işdən gec qayıdan bacısı 32 yaşlı Nigar Məsimovanı qətlə yetirib. İndi isə Məsimovlar ailəsinin qanlı olayla bağlı qafqaznews.az-a daxil olan müraciətini dərc edirik:

1. Qətl hadisəsi gecə saatlarında deyil, səhər saat 11:00 radələrində baş verib. (Bu məlumat Yasamal RPİ və digər aidiyyəti dovlət qurumları tərəfindən təsdiqlənə bilər).

2.Səbəb kimi göstərilən mərhumun işdən evə gec qayıtması mümkünsüzdür. Çünki Məsimova Nigar Akif qızı ümumiyyətlə heç yerdə işləmir. (Bu məlumat DSMF tərəfindən və ya digər aidiyyəti dövlət qurumları tərəfindən təsdiqlənə bilər).

3. Qətl hiddətlənmə səbəbindən deyil, yəqin ki, qabaqcadan planlaşdırılmış şəkildə baş verib, belə ki , Anarda olan pisixoloji problemlər səbəbindən son 2-3 ildə ümumiyyətlə ailəmizdə mətbəx bıçağından (qətl və ya zərər verilə biləcək ucu biz bıçaqdan söhbət gedir) istifadə olunmayıb. Qətl törədənsə mərhumənin kiçik qardaşının işə getməsini gözləyib və atasının da həmin anda evdə olmamasından istifadə edərək ona mane olacaq adamların  çıxdığına tam əmin olduqdan sonra qabaqcadan qarajda gizlətdiyi bıçaqdan istifadə edib.

4. Qətli törədən şəxsin psixolji problemlərinin olması yaxın ətrafına məlum olsa da müxtəlif ailədaxili səbəblərdən heç vaxt aidiyyəti qurumlara müraciət olunmayıb.

5.Mərhumənin yaxınları sosial şəbəkələrdə gedən yanlış informasiyalara reaksiya verən qonşulara, qohumlara, dostlara dərin minnətdarlığını bildirir və eyni zamanda bunu dayandırmalarını, mübahisələrdən yarana biləcək problemlərlə mərhumənin ruhunu narahat etməməyə çağırır. Mərhumənin ailəsi istintaqın gedişində bütün həqiqətlərin ortaya cıxacağına əmindir və qətl hadisəsini araşdıran Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa sonsuz etimad edir.

6. KİV-in nəzərinə çatdırırıq ki, əlavə hər hansı bir məlumat verilməsi istintaqın işinə müdaxilə və ya təsir kimi qiymətləndirilməməsi üçün heç bir əlavə məlumat tərəfimizdən verilməyəcək.

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR