Magistral yolda təyyarə qəzası – VİDEO

ABŞ-ın Vaşinqton ştatının Sietla şəhərindəki magistral yolların birində təyyarə qəzası baş verib.

Musavat.com yerli mətbuata istinadən xəbər verir ki, yüngülmotorlu təyyarədə eniş zamanı texniki nasazlıq baş verib. Pilot təyyarəni ağaclara çırpmamaq üçün onu yolun boş hissəsinə yönəldib.

Nəticədə, aparat yerə dəyərək alışıb. Həmin anın görüntüləri kameralara düşüb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR