Medvedev $240 milyon borcu sildi

Rusiyanın baş naziri Dmitri Medvedev Qığızıstanın Rusiyaya olan 240 mln. dollarlıq borcunu silinməsinə dair sənədə imza atıb.

Rusiya Qırğızıstanın 240 milyon dollar borcunu silib. Bu barədə “İnterfaks” agentliyi məlumat yayıb. Məlumata görə, borcların silinməsi iki ölkənin hökumətləri arasında imzalanmış protokola əsasən həyata keçiriləcək.

Qırğızıstanın Rusiyaya olan borcu ölkədə inkişaf proqramlarının sürətlənməsinə dəstək xarakteri daşıyacaq. Borcun silinməsi barədə qərar Rusiya Xarici İşlər Nazirliyi ilə ölkənin Xarici iqtisadi fəaliyyət və inkişaf bankı arasında razılaşdırılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR