Microsoft dünyanın ən səssiz otağını niyə yaradıb?

Microsoft elə bir səssiz otaq yaradıb ki, insan orada öz sümüklərinin də səsini duya bilir.

BBC-yə istinadən bildirir ki, gələcəyin elektronika cihazları məhz bu otaqda layihələşdirilir. LeSalle Munroe bildirir ki, bu ofisdə bir neçə saniyə hərəkətsiz dayananda qanının damarında necə axdığını da hiss edə bilir. Bir çox insanın iş yeri şəhər uğultusu, klaviatura takıltısı və insan səsi ilə doludur. Amma onun iş yeri tamamilə səssiz bir məkandır.

Bu otaq Vaşinqtonda  Microsoft labaratoriyalarında xüsusi qurulmuş bir otaqdır. Bu ofis 2015-ci ildə 20,6 desibel ilə dünyanın ən səssiz ünvanını qazanıb. Bu rəqəmi daha aydınlaşdırsaq əgər, deyə bilrik ki, insan pıçıltısı 30 desibel, nəfəs alması 10 desibeldir. Desibel səs tonunu ölçən bir vahiddir. Otaq istiliyində molekulların toqquşması -24 desibeldir. İnsanın eşitməsi 0(sıfır) desibeldir. Lakin nəyisə eşitməməyimiz onun olmaması anlamına gəlməz.

kulak

Kənardan səs keçirməsin deyə bu otaq 10 qat betondan hazırlanıb. Binanın içində olan titrəşimləri özündə əks etdirməsin deyə 68 yay üzərində qurulub. Beləliklə binanın içində olmasına baxmayaraq qətiyyən bina ilə əlaqəsi olmayan bir otaqdır. Divarların bütün səthi səs əmən süngərlərlə örtülüb. Bu da səsin divara əks olunmasına tamamilə maneçilik törədir. Qapıların ətrafında da izolyasiyalar var. İstər havalandırma, istər yanğın, istərsə də kabellərin otaqlardan çıxışı xüsusi lahiyələşdirilib.

microsoft sessiz oda

Bu qədər səssiz bit otağı huzur verəcəyini zənn  edənlər yanılırlar. Bu otaqda olanlar bunun çox pis şərait olduğunu bildiriblər. Lakin bu otaq insan üçün layihələşdirilməyib. Bu otaqda Microsoft şirkətinin bütün yeni cihazlarının səs sistemi yoxlanılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR