Misir Liviya ərazisinə hava zərbələri endirib

Misir Hərbi Hava Qüvvələrinin təyyarələri Liviyada terrorçuların mövqelərinə altı hava zərbəsi endirib.

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Misir Hərbi Hava Qüvvələrinin  komandanı Sakar əl-Cəruşi bildirib.

Onun sözlərinə görə, silahlıların mövqelərinə hava zərbələri Liviya tərəfindən əlaqələndirilib.

Zərbələrin hədəfləri düşərgələr və silah anbarları olub. Hava zərbələri Liviyanın şərq hissəsinə endirilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR