Moskvada qasırğa Kremlin Senat sarayının dam örtüyünü uçurub – VİDEO

Moskvada baş verən güclü qasırğa Kremlin Senat sarayının dam örtüyünün bir hissəsini uçurub.

“Report” xəbər verir ki, insidentin görüntüləri hadisə şahidləri tərəfindən lentə alınıb.

Kadrlarda dam örtüyünün metal hissələrinin necə qopduğu görünür.

Bazar ertəsi baş verən təbii fəlakət nəticəsində 11 nəfər ölüb, 137 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR