Moskvada qasırğa nəticəsində altı nəfər ölüb

Bazar ertəsi Moskvada 6 nəfər qasırğa nəticəsində həyatını itirib.

 Qafqaznews.az Report-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin rəhbəri Yuliya İvanova məlumat verib.

“Moskvanın şimal-şərqində, cənub-qərbində və şərqində qasırğa nəticəsində ağaclar yaxınlıqdan keçən sakinlərin üzərinə aşıb. Aldığı xəsarətlərdən 5 nəfər hadisə yerində ölüb. Bundan əlavə, elə həmin gün güclü külək nəticəsində Kirovoqradsk küçəsində dayanacağın konstruksiyası qırılıb. Nəticədə yaşlı kişi hadisə yerində ölüb”, – deyə İvanova bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR