MTRŞ-dən Zaurun verilişinə – Sərt tənqid

Milli Televiziya və Radio Şurası (MTRŞ) telekanallara mütəmadi olaraq gender bərabərliyi haqqında verilişlərin hazırlanması barədə tövsiyələr verir.

Report xəbər verir ki, bunu Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq şöbəsinin müdiri Nemət Cavadov Bakıda “Gender problemləri və media” mövzusunda keçirilən seminarda deyib.

Onun sözlərinə görə, hazırda efirdə olan verilişlərin əksəriyyətində qadınların güclü yox, onların cəmiyyətdə əzilməsini nümayiş etdirən proqramlar yayımlanır:

“Həmin verilişlərdə qadınların problemlərinin həll olunması yolları da göstərilir. Sosial problemlərin həllinə yönəlmiş “Elin gözü”, “Çıxış yolu”, “Bizimləsən” və s. verilişləri göstərmək olar. Həftə ərzində ümumilikdə efirdə sosial problemlərin həllinə yönəlmiş 38 saatlıq veriliş yayımlanır. Təəssüf ki, bəzən bu verilişlərdə qadınların problemləri üzərində şou yaradılması cəhdləri də müşahidə olunur”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR