Müsəlman qadının müdafiəsinə qalxan iki şəxsin boğazını kəsdilər

ABŞ-ın Oreqon ştatının Portland şəhərində iki şəxsin boğazını kəsən qatil saxlanılıb.

Oxu.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, hadisə mayın 26-da günorta saatlarında baş verib.

Cinayətkar müsəlman qadına qarşı nalayiq sözlər işlədib.

“Sən qatarı tərk etməlisən, ümumiyyətlə Amerikanı tərk etməlisən, çünki bu ölkənin vergilərini ödəmirsən”, – o deyib.

İrqçi şüarlarla qadını təhqir edən şəxsin qarşısını almaq istəyən üç amerikalı onun qəzəbinə tüş gəlib. Cinayətkar onlara bıçaqla hücum edərək bir neçə zərbə endirib. Boğaz nahiyəsindən ağır xəsarətlər alan iki şəxsdən biri hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib.

Daha bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR