NATO Gürcüstanın dəniz limanlarında qüvvələrini yerləşdirməyəcək

NATO Qara dənizdə təhlükəsizliyi Rumıniyada yerləşən çoxmillətli briqadanın köməyi ilə təmin etməyi planlaşdırır.

 Qafqaznews.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın “Rustavi 2” telekanalına müsahibəsində NATO baş katibinin müavini Rouz Gettemüller deyib.

O bildirib ki, Rumıniyadakı briqada alyansa daxil olan ölkələrin hərbçilərindən ibarətdir.

“Bu mərhələdə Gürcüstanın dəniz limanlarında NATO qüvvələrini yerləşdirməyi planlaşdırmırıq”, – deyə R. Gettemüller vurğulayıb.

A.M.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR