Notariat kontoru lisenziyası ləğv edilən bankı məhkəməyə verib

Bakı şəhəri 11 saylı Notariat Kontorunun xüsusi notariusu Məmmədov İlqar Aydın oğlu “Texnikabank”ASC-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunu məhkəməyə verib.

“Report”un məlumatına görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən Notariat kontoru pul vəsaitlərinin ödənilməsi barədə tələb irəli sürüb.

Məhkəmə iddianı mümkünsüz sayıb. Qərardan narazı qalan Notariat kontoru apellyasiya şikayəti verib.

İşə Bakı Apellyasiya Məhkəməsində baxılır.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin 2016-cı il fevralın 1-də verdiyi qərarla “Texnikabank” ASC-nin lisenziyası ləğv edilib. 1 saylı Bakıİnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə Azərbaycan Əmanətlərin Sığortalanması Fondu bankın ləğvedicisi təyin olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR