“Notarius Nadir Vədətovun alqı-satqı həyata keçirməyə hüququ yox idi”

26 oktyabr 2016-cı il tarixdə Kavkaznews.az saytında Bakı şəhər sakini Lalə Dadaşovanın müraciəti dərc olunmuşdu. Lalə Dadaşovanın sözlərinə görə, o, 1996-ci ildə Araz Dadaşov ilə nikaha daxil olub: “Bu nikahdan dörd övladımız dünyaya gəlib. 1998-ci ildə biz Tağıyev küçəsi,ev 5 ünvanında ikimərtəbəli ev aldıq. Sonradan ev mənim adıma rəsmiləşdirildi”. Lalə Dadaşovanın sözlərinə görə, bu yaxınlarda onun həyat yoldaşı, ondan bağışlama müqaviləsi istəyib.

“Bu il avqustun 3-də Araz məni evin və ona bitişik ərazinin satışı ilə bağlı ona baş etibarnamə verməyə razı saldı.Heç nədən şübhələnmədən, mən onun xahişini yerinə yetirməyə razılıq verdim. Bundan sonra o məni uşaqlarla birlikdə evdən qovdu”. Baş etibarnamənin evin satışı üçün lazım olduğunu anladıqda, Lalə Dadaşova avqustun 10-da “Asan Xidmət”in 5-ci şöbəsində ərinə verdiyi etibarnaməni ləğv edib.

“Qorxduğum başıma gəldi. Avqustun 11-də yoldaşım Araz Dadaşov evin alqı-satqısını həyata keçirdi. Sövdələşmə 7 saylı notariat kontorunun notariusu Nadir Vədətov tərəfindən həyata keçirilib”,-deyə Lalə Dadaşova bildirib.

Alqı-satqı həyata keçirildikdən sonra Araz Dadaşov boşanma iddiası qaldırıb. “2016-ci ilin oktyabr ayında Xəzər rayon məhkəməsinin qərarı ilə biz boşandıq”, -deyə Lalə Dadaşova Kavkaznews.az-a bildirib.

Məsələ ilə bağlı “Təmiz Dünya” İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova LEGİON-a bildirib ki: “ Bu halda Lalə Dadaşovanın etibarından sui-istifdə olunub. Mən əminəm ki, bu işdə cinayət tərkibi var”. Lalə Dadaşovanın vəkili Fəxri Hacıyev LEGİON-a bildirib ki, hüquqlarını müdafiə etdiyi Lalə Dadaşova öz keçmiş əri Araz Dadaşova dörd torpaq sahəsi və bir otaqlı mənzillə bağlı etibarnamə verib : ” Əvvəl Dadaşova ərinin adına 114 kv.m-lik qeyri-yaşayış sahəsi, 378 kv.m-lik fərdi yaşayış sahəsi verib.

Bu mülkiyyət də Araz Dadaşov tərəfindən satılıb. 9 avqust 2016-cı il tarixdə Araz Dadaşov Lalə Dadaşovanın onun adına verdiyi etibarnamə əsasında dörd torpaq sahəsini satıb.

Bu sövdələşmə 7 saylı notarial kontorunun notariusu Nadir Vədətov tərəfindən həyata keçirilib. Həmən gün Lalə Dadaşova Araz Dadaşovun adına verdiyi etibarnaməni ləğv elətdirib. Və bununla bağlı informasiya 10 avqust 2016-cı il tarixdə Elektron Məlumat Bazasında yerləşdirilib. Bun baxmayaraq 11 avqustda Lalə Dadaşovaya məxsus 1 otaqlı mənzilin alqı-satqısı notariusda həyata keçiriib.

Yəni notarius Nadir Vəhədov vəzifə saxtakarlığı edib. Amma qanuna görə, notarius alqı-satqıdan öncə mütləq mülkiyyətlə bağlı elektron məlumat bazasına baxmalı idi. Onda bilərdi ki, Lalə Dadaşovanın verdiyi etibarnamə qüvvəsini itirib”.

Biz notarius Nadir Vədətovun da fikrini öyrəndik: “ Hakim bu məsələ ilə bağlı müvafiq qərar qəbul edib və alqı-satql ləğv olunub”.

Müxbirimizin “Etibarnamə ləğv olunmasına baxmayaraq siz alqı-satqı həyata keçirmisiniz” fikrinə Vədətovun münasibəti belə oldu: “ Mən alqı-satqı həyata keçirdim, hakim isə müqaviləni ləğv etdi..indi siz məndən nə istəyirsiniz? Mən məhkəmədə izahat verdim ki, Elektron məlumat bazası işləmirdi”.

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Notariat Baş İdarəsinin rəisi müavini Mehman Sultanov LEGİON-a bildirib ki, əgər elektron sistem işləmirsə, onda alqı-satqı müqaviləsi bağlamağa ümumiyyətlə notariusun hüququ yoxdur. Vəkil Fəxri Hacıyev isə LEGİON-a bildirib ki, hakim bir otaqlı mənzilin alqı-satqısını ləğv edib, çünki qanunsuz idi.

Lalə Dadaşova isə LEGİON-a bildirib ki, bütün satılmış əmlak mənə məxsus idi: “ Mənim keçmiş ərim Araz Dadaşov mənə dedi ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyirəm. Bunun üçün onun əmlakı olmalıdır. Mən isə ona inandım. O isə lazımı sənədləri əldə edəndən sonra 2016-cı ilin avqustunda alqı-satqı elədi, sentyabrda isə boşançaqla bağlı iddia qaldırdı”.

Lalə Dadaşovanın keçmiş əri Araz Dadaşov isə LEGİON-a bildirb ki, bu əmlak heç vaxt Lalə Dadaşovanın olmayıb, əmlak mənim olub:” Mən başqa ölkənin vətəndaşı olduğum üçün əmlakımı onun adına keçirdim ki, özəlləşdirə bilək. Barəsində söhbət gedən yaşayış evini isə mən 1994-cü ildə tikmişəm”.

Müxbirrimizin “ Siz ləğv olunmuş etibarnamə ilə əmlakı necə sata bildiniz?” sualına Araz Dadaşov belə cavab verdi: “ Alqı-satqı olmayıb. Xəzər rayon məhkəməsi Lalə Dadaşovanın bir otaqlı mənzili ilə bağlı alqı-satqını ləğv edib”. Müxbirimizin “ Hakim ləğv edibsə, deməli alqı-satqı olub” fikrinə Araz Dadaşov belə münasibət bildirdi: “ Həmin gün elektron məlumat sistemi işləmədiyi üçün  notarisus etibarnamənin ləğv olunmasını bilmirdi…İstənilən halda həmin bir otaqlı mənzil mənim olub”.

Müxbirimizin “Ədliyyə Nazirliyinin Notariat Baş İdarəsinin rəisi müavini Mehman Sultanov LEGİON-a bildirib ki, əgər elektron sistem işləmirsə, onda alqı-satqı müqaviləsi bağlamağa ümumiyyətlə notariusun hüququ yoxdur” fikrinə Araz Dadaşov belə cavab verdi: “Heç bir instansiya notarisusun hərəkətində cinayət tərkibi müəyəyn etmədi”.

Çingiz Rüstəmoğlu

LEGİON

Mövzu ilə bağlı linklər:

“Notarius məsuliyyətə cəlb olunmalıdır”

“Dörd uşağını evsiz qoyub, aylardır maraqlanmır” – ŞİKAYƏT

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR