Nüvə müharibəsi daha bir addım yaxınlaşdı: Çin ayaqda

ABŞ və Şimali Koreya arasında nüvə müharibəsi daha bir addım yaxınlaşıb.

Cənubi Koreyada Amerikaya məxsus raket əleyhinə sistem yerləşdirilib. Ancaq bundan təkcə Şimali Koreya yox, həm də Çin narahat olub və Pentaqonun bu addımının həm də ona qarşı yönələ biləcəyini düşünür.

Çin mövqeyini dəqiq və sərt ifadə edib. “Biz Cənubi Koreyada bu sistemin yerləşdirilməsinin tam əleyhinəyik. Tərəfləri dərhal prosesi dayandırmağa çağırırıq. Öz maraqlarımızın qorunması üçün bütün lazımi addımları atacağıq”,- deyə Pekindən yayılan açıqlamada vurğulanır. /Cebhe.info

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR