“Angel-S”in direktoru barədə cinayət işi qaldırılıb

13 may 2017-ci il tarixdə LEGİON saytında “Təhqiqatçı zərərçəkəni aldadıb?” başlıqlı məqalə dərc olunub.

Məqalə Bakı şəhər sakini Rafiq Abbasovun LEGİON-a müraciəti əsasında hazırlanıb. Rafiq Abbasov öz müraciətində yazır ki, 2016-cı ilin noyabrında “Angel-S” şirkətinin direktoru Tahir Ağayev işə düzəltmək adı ilə ondan 800 manat pul alıb: “ Ancaq sonradan bildim ki Tahir Ağayev məni aldadıb. Və mən işə düzəlmədim”.

Rafiq Abbasov öz müraciətində qeyd edir ki, o, 11 may 2017-ci ildə yenidən “Angel – S” şirkətinin ofisinə gedib: “

Mən ofisdə 30-a yaxın adam gördüm. Hamısı Tahir Ağayevlə görüşməyi tələb edirdi. Mən bildim ki, Tahir Ağayev mənim kimi onları da aldadıb”.

Rafiq Abbasov öz müraciətində qeyd edir ki, o, 11 may 2017-ci ildə yenidən “Angel – S” şirkətinin ofisinə gedib: “

Mən ofisdə 30-a yaxın adam gördüm. Hamısı Tahir Ağayevlə görüşməyi tələb edirdi. Mən bildim ki, Tahir Ağayev mənim kimi onları da aldadıb. Tahir Ağayev tapılmadığı üçün ora gələn narazı şəxslərdən biri polisə zəng etdi və sonra bizi 22-ci polis bölməsinə dəvət etdilər”.

LEGİON saytı 22-ci polis bölməsinə dəvət olunan zərərçəkənlərdın biri Mehman Aydınovla əlaqə yarada bilib.

Aydınov LEGİON-a bildirib ki: “ Tahir Ağayev öz şirkətinə işə düzəltmək üçün məndən 800 manat pul aldı. Mən sonra başa düşdüm ki, bu adam dələduz imiş və bu işdə zərəçəkən təkcə mən olmamışam. Tahir Ağayev başqalarından da işə düzəltmək adı altında pul alıb və tələb olunan pul 500-2000 manat arasında olub”.

Aydınov onu da bildirib ki, 22-ci polis bölməsinin təhqiqatçı Natiq deyir ki, Tahir Ağayevə qarşı cinayət işi qaldırılıb.

Məsələ ilə bağlı Nizami RPİ-nin növbətçi köməkçisi İbrahimov LEGİON-a bildirib ki, təhqiqat 10 gün müddətində aparılır, hələ cinayət işi qaldırmaqdan söhbət gedə bilməz.

Məsələyə aydınlıq gətirmək üçün 16 may 2017-ci ildə 22-ci polis bölməsinin təhqiqatçı Natiqlə ( soyadını demədi ) əlaqə saxladıq. O, bildirdi ki, Tahir Ağayevlə bağlı şikayətə baxmır: “ Mən cinayət işi qaldırmıram. Ümumiyyətlə, buna mənim səlahiyyətim çatmır. Cinayət işini cinayət şöbəsinin müstəntiqi qaldırır. Mən şikayətçiləri müstəntiq Kamran Əliyevin yanına göndərdim”.

Natiq müxbirimizə onu da bildirib ki, Tahir Ağayevlə bağlı cinayət işi qaldırılıb.

Müxbirimizin “Bəs təhqiqat 10 gün müddətində aparılmalı deyil?” sualına Natiq belə cavab verdi: “ Bunu sizə kim deyib ki, təhqiqat mütləq 10 gün müddətinə aparılmalıdır? Əgər ortada real cinayət hadisəsi varsa təhqiqat 1 saata da aparıla bilər. Bir daha bidirirəm ki, Tahir Ağayevlə bağlı cinayət işi qaldırılıb. Qanunversilik sadəcə təhqiqatın müddətini 10 gün ərzində müəyyən edib”.

Biz Tahir Ağayevlə bağlı cinayət işini aparan müstəntiq Kamran Əliyevdən xahiş etdik ki, məsələyə münasibət bildirsin. Kamran Əliyev LEGİON-a bildrdi ki, mən sizin sualnıza cavab verə bilmərəm: “ Çünki bu istintaq sirridir”.

Doğrudanmı, cinayət işi qaldırmaqla bağlı məlumat istintaq sirri sayılır..?

Sualla bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu LEGİON-a bildirdi ki, dələduzluq faktına görə qaldrılmış cinayət işi ilə bağlı məlumat istintaq sirri deyil. Əgər qaldırılmış cinayət işinin dövlət sirri ilə əlaqəsi varsa, onda məlumat istintaq sirri sayıla bilər”.

“Angel-S”in direktoruna qarşı cinayət işinin qaldırılıb-qaldırılmaması ilə bağlı DİN-in mətbuat xidmətinin əməkdaşı İlham Babayev LEGİON-a bildirdi ki, Tahir Ağayevlə bağlı cinayət işi qaldırılıb.

Çingiz Rüstəmoğlu

LEGİON

Təhqiqatçı zərərçəkənləri aldadıb?

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR