Polisin ölümündə günahlandırılan aktrisa saxlanıldı

Britaniyalı aktrisa polislər tərəfindən saxlanılarkən qışqırıb, səs-küy salıb. 

Milli.Az “Mirror”a istinadla bildirir ki, Taylandda “Tsunami Warrior” və “Brown Sugar” kinolarına çəkilən aktrisa Anna Reese Banqkokdakı gecə klubundan qaçarkən polislər tərəfindən saxlanılıb. Saxlanılarkən müğənninin səs-küy salması, aqressiv davranması klubdakıların diqqətini çəkib.

Deyilənlərə görə, hesab gələndə aktrisa oradakılarla dalaşıb. O, qaçaraq klubdan çıxmaq istəyən zaman polislər tərəfindən saxlanılıb. Anna idarəyə aparılıb.

Onun spirtli içki qəbul etdiyi təsdiqlənib. İçkili olduğunu etiraf edən aktrisa jurnalistlərin qarşısına çıxaraq hər kəsdən üzr istəyib.

Qeyd edək ki, aktrisa 2015-ci ildə polis inspektorunun ölümündə ittiham olunub. Deyilənlərə görə, aktrisa maşını ilə polisin avtomobilini arxadan vurub və onun ölümünə səbəb olub. O, hadisədən heç bir cəza almadan qurtulub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR