Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

Azərbaycan Prezidenti İlham Əliyev mayın 26-da Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə Bakının İstiqlaliyyət küçəsində ucaldılmış abidəni Respublika Günü münasibətilə ziyarət edib.

“Report” xəbər verir ki, abidənin ətrafında fəxri qarovul dəstəsi düzülüb.

Dövlət başçısı abidənin önünə əklil qoyub.

Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR