Prezident rus diplomatların ölkədən qovulmasını pislədi

Moldova prezidenti İqor Dodon avropayönlü partiyaların koalisiyasından ibarət hökumət tərəfindən Rusiyanın Kişinyovdakı səfirliyinin 5 əməkdaşının “persona non qrata” elan edilməsini pisləyib.

Qafqaznews.az-in APA-ya istinadən verdiyi xəbərə görə, İ.Dodob bildirib ki, hökumətin qərarı Rusiya ilə münasibətlərin bərpasına qarşı yönəlib.

“Düşünürəm ki, bu mənim Kreml ilə konstruktiv dialoqumdan narahat olan qərbin, ilk növbədə ABŞ-ın sifarişidir. Əminəm, onlar bununla ölkəmizi və xalqımızı necə mürəkkəb və riskli vəziyyətə gətirdiklərini anlamırlar. Bu kobud şəkildə atılan addım mənfi nəticələrsiz qalmayacaq”, -deyə İ.Dodon bildirib.

Qeyd edək ki, bu gün beş rusiyalı diplomatdan Moldovanı tərk etmək tələb olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR