Putin Türkiyəyə qarşı bəzi iqtisadi məhdudiyyətləri ləğv etdi

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı tətbiq olunan bəzi iqtisadi sanksiyaların ləğvinə dair fərman imzalayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Kremlin rəsmi saytında qeyd edilib.

Fərmana əsasən, türk vətəndaşlarının Rusiya Federasiyasında işləməsinə, eləcə də şirkətlərinin müəyyən sektorlarda fəaliyyətlərinə qarşı tətbiq edilən sanksiya aradan qaldırılıb. Rusiya prezidenti hər iki ölkənin Xarici İşlər Nazirliyi arasında qarşılıqlı səfərlərlə bağlı 2010-cu ildə əldə olunan razılaşmanın yenilənməsi yönündə təlimat verib. Fərmanla vizasız səyahət edə biləcək türk vətəndaşlarının əhatəsi də genişləndirilib. O cümlədən, Türkiyənin hava yolları şirkətlərinin əməkdaşlarının Rusiyaya vizasız səyahət etmələrinə qoyulan qadağa ləğv edilib.

Xatırladaq ki, münasibətlərin gərginləşməsi səbəbindən 2016-cı ilin 1 yanvar tarixindən türk vətəndaşları Rusiyaya viza rejimində səfər edirdilər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR