Qəbirstanlıqdan oğurluq edən şəxs saxlanılıb – VİDEO

“Götürüb, yoldan tutduğum “Qazel”ə yükləmişəm”

Paytaxtın Sabunçu rayonu, Balaxanı qəsəbəsi ərazisində yerləşən xristian qəbirstanlığından dəmir barmaqlıqlar, eləcə də digər metal əşyalar oğurlamaqda şübhəli bilinən şəxsin kimliyi müəyyənləşib.

ARB TV xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Elşən Məmmədov tutularaq, istintaqa cəlb edilib.

Saxlanılan şəxsin yaşadığı evin həyətinə baxış zamanı oradan məzarların dəmir barmaqlıqları və metal lövhələri aşkar olunaraq, götürülüb. Elşən Məmmədov oğurladıqlarının bir qismini metal qəbulu məntəqələrinə satdığını etiraf edib.

Elşən Məmmədov – Saxlanılan şəxs: “Sabunçuda yerləşən rus qəbirstlanığından 2 dəfə çəkisi 700 kilo dəmir götürüb, yoldan tutduğum “Qazel”ə yükləmişəm. Sonra aparıb, metal qəbuluna vermişəm. Hər dəfəsində 100 manat pul almışam”.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR