Qəza törədən sürücü xəstəxanada öldü – VİDEO

Qəbələdə ölümlə nəticələnən yol qəzası olub.

ARB TV xəbər verir ki, mayın 9-da saat 18:00 radələrində Qəbələ rayonunun Mirzəbəyli ərazisində Ağdaş rayon sakini İlqar Əliyev idarə etdiyi “Mitsubishi” markalı avtomobili yolun kənarındakı ağaca vurub.

Habil Məmmədov – Hadisə şahidi: “Saat 6 olardı. Mən iş yerində idim. Səs gələndə çıxıb gördüm ki, qəza olub. Mən gələn də bir yoldaş da maşından düşüb, kömək elədi. O, sıxılmış vəziyyətdə qalmışdı. Həkimə zəng elədi digəri, mən də Fövqalədə hallara zəng etdim”.

Xəsarət alan sürücü xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR