“Qafqaz Xəbər Media Mərkəzi”nin direktoru 48 yaşını qeyd edir

“Qafqaz Xəbər Media Mərkəzi”nin direktoru, Rəşad Həsən oğlu Rüstəmovun bu gün 48 yaşı tamam olur. “Qafqaz Xəbər Media Mərkəzi” fəaliyyətə başlayan gündən Rəşad Rüstəmov direktor vəzifəsində çalışmış və vətəndaşların sosial problemlərin həlli üçün konfranslar təşkil etmişdir.

Bununla yanaşı Rəşad Rüstəmov peşəkar jurnalist,  “Media açarı” mükafatçısı və tarix üzrə fəlsəfə doktorudur. R.Rüstəmov eyni zamanda AMEA Tarix İnstitunun böyük elmi işçisi olaraq, onlarla elmi məqalənin müəllifidir.

Bundan başqa, həmkarımız müxtəlif tarixi hadisələri bədiiləşdirərək, tarixi povest və romanlar da yazmaqla məşğuldur. Biz də “Qafqaz Xəbər Agentliyi”nin kollektivi olaraq Rəşad Rüstəmova uzun ömür, can sağlığı və ailə səadəti arzu edirik.

Qafqaz Xəbər Agentliyi

 

  DİGƏR XƏBƏRLƏR