Qubada tapılan ayı balasının görüntüləri – VİDEO

Qubanın Qırızdəhnə kəndi ərazisində ayı balası aşkarlanıb.

ARB TV xəbər verir ki, ərazidə xidmət aparan Quba Rayon Polis Şöbəsinin əməkdaşları və kənd sakinləri anasından ayrı düşən ayı balasını tutaraq təhlükəsiz yerə gətiriblər.

Tapılan ayı balası təxminən 2 aylıqdır. Ayı balası Ekologiya cə Təbii Sərvətlər Nazirliyinin Xızı rayon reabitasiya mərkəzinə təhvil veriləcək. Vəhşi Təbiətin Bərpası və Müalicə Klinikası son 10 ildə 500-dən çox heyvan və quş müalicə olunaraq, yenidən təbiətə buraxılıb.

Qeyd edək ki, Qubanın Qırız Dəhnə kənində mayın 3-də də bir ayı balası tapılmışdı.

  DİGƏR XƏBƏRLƏR