Rəcəb Tayyıb Ərdoğan Yunanıstanın baş naziri ilə görüşüb

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan Yunanıstanın baş naziri Aleksis Tsiprasla görüşüb.

“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş Çinin paytaxtı Pekində “Bir kəmər – bir yol” adlı beynəlxalq forum çərçivəsində baş tutub.

Təqribən bir saat davam edən görüş media üçün qapalı olub. Bəzi məlumatlara görə, R.T.Ərdoğan və A.Tsipras iki ölkə arasında əlaqələrin mövcud durumunu və gələcək inkişaf perespektivlərini müzakirə ediblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR