Rəsul Çunayev daun sindromlu uşaq üçün ustad dərsi keçdi – VİDEO

Dünya kubokunun sahibi, yunan-Roma üslubunda güləşən məşhur azərbaycanlı idmançı Rəsul Çunayev “Instagram” hesabında təsirli video paylaşıb.

Oxu.Az 1news.az-a istinadən xəbər verir ki, Çunayev “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının səfirləri və “Grassroots” proqramları çərçivəsində xüsusi uşaq üçün təlim ustad dərsi keçib.

Güləşçi uşağa bir neçə peşəkar fənd nümayiş etdirib.

“Daun sindromlu uşaqlar mənim ən yaxın dostlarımdır. Mənim ilk şagirdim”, – bu sözləri Çunayev videoçarxa şərh olaraq yazıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR