Ramzan Kadirov əsəbləşib rinqə çıxdı, naziri “nakaut” etdi – VİDEO

Çeçenistanın lideri Ramzan Kadirov  tapşırdığı işlərin öhdəsindən gəlməyən məmura qarşı maraqlı cəza üsuluna əl atıb.

Turaninfo.org xəbər verir ki, R. Kadirov Çeçenistanın idman naziri Salambek İsmayılovu pis işlədiyinə və tapşırılan binanı yaxşı təmir etmədiyinə görə ringə çağırıb. İdman naziri ilə döyüş meydançasında görüşən və ona zərbələr endirən lider qeyd edib ki, digər məmurlara qarşı da bu üsulu tətbiq edəcək.  “Mən onu yüngül zərbələrlə başa salmaq istədim ki,  başla işləmək lazımdır. Mən ona qoruyucu geyindirdim. Axı o sabah işinin başına qayıdacaq”.

Kadirov bu yolla məmurları məsuliyyətli olmağa və düzgün işləməyə çağırıb.

Qeyd edək ki,  Çeçenistanın idman naziri həm də boks üzrə çempiondur./A24.Az/

  DİGƏR XƏBƏRLƏR