“Real” bu futbolçu üçün 167 milyon manat istədi

“Real”ın futbolçusu Xames Rodrigesin “Mançester Yunayted”ə keçəcəyi ilə bağlı xəbərlər davam edir. “Sevilya” ilə matçda ağlayaraq meydandan çıxan kolumbiyalı ulduzun “Kral Klubu”ndan gedəcəyi bildirilir.

Onun üz tutacağı komanda isə “Mançester Yunayted” olacaq. İspaniya mətbuatının iddiasına görə, “Real” İngiltərə klubundan 76 milyon funt-sterlinq (təxminən 167 milyon manat) tələb edir. “Qırmızı-şeytanlar”ın da bu futbolçu üçün yüksəka məbləğ ödəməyə hazır olduğu bildirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR