Real həyatda xanımla tanış ola bilməyənlər saytlara üz tuturlar – VİDEO

S

Real həyatda xanımla tanış ola bilməyən bəylər elan saytlarına müraciət edirlər.

Qafqaznews.az Xəzər TV-yə istinadən məlumat verir ki, satış üçün ev, torpaq, əşya kimi elanların yerləşdirildiyi saytlarda onlarla belə elan da var.

Biri yalanı sevmədiyini vurğulayır, digəri isə boşandığını qeyd edir. Hətta dul qadın axtaran da var. Çoxları elana fotolarını da yerləşdirir. Əmək haqqı başda olmaqla, ad, soyad, iş yeri, telefon nömrəsi, ailə vəziyyəti kimi şəxsi məlumatlar da elan verilir.

Ən maraqlısı Eldar adlı bir şəxsin verdiyi elandır. O, 1991, 1994, 1995-ci il təvəllüdlü Tərəzi, Dolça, Xərçəng bürcündə olan subay qızla tanış olmaq istədiyini qeyd edib.

Eldar Rüstəmov xarakterini dəftərə yazıb. Yaxın günlərdə onu da sözügedən elan saytında paylaşacağını deyir.

Saytda elan verən digər şəxslərlə də telefon əlaqəsi saxladıq. Müsahibə vermək istəməsələr də, elanın real olduğunu və tanış olmağa hazır olduqlarını bildirdilər.

Mütəxəssislər hesab edirlər ki, belə insanlar sosial şəxslər hesab olunurlar. Real həyatda ünsiyyətə girə bilmədiklərindən, saytlarda şəxsi məlumatlarını paylaşırlar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR