Roma Papası: Allahdan Azərbaycan vətəndaşlarına xoşbəxtlik diləyirəm

Roma Papası Fransisk Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Oxu.Az-ın xəbərinə görə, məktubda Papa Fransisk ölkənin milli bayramı – Respublika Günü münasibətilə prezident İlham Əliyevə, eləcə də Azərbaycan vətəndaşlarına səmimi təbriklərini çatdırmaqdan sevinc duyduğunu qeyd edib.

“Ölkənizə bu yaxınlarda etdiyim səfərimi məmnunluqla xatırlayaraq, Allahdan Azərbaycan vətəndaşlarının hər birinə xoşbəxtlik və firavanlıq diləyirəm. Ulu Tanrının mərhəməti Zati-alinizin, ölkənizin rəhbərliyinin və Azərbaycan xalqının üzərində olsun”, – deyə təbrikdə bildirilir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR