
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “Rosneft” müqavilə çərçivəsində “Demirören Group”u 2 il ərzində 4 milyon 600 min ton neft məhsulu ilə təmin edəcək.
Həmçinin “Rosneft” Türkiyənin “BA Gas Enerji Sanayi ve Ticaret A.Ş.” şirkəti ilə də müqavilə imzalayıb. Müqaviləyə görə, şirkət Türkiyəyə ildə 6 milyon ton neft məhsulu göndərəcək.