Rusiya ən qorxulu silahı üçün yarım milyard istədi

Rusiyanın Türkiyədən ən məşhur silahı üçün istədiyi məbləğ açıqlanıb. İstiPress-in məlumatına görə, Rusiya “S-400” raket-zenit kompleksi üçün 500 milyon dollar istəyir.
Rusiya mətbuatı Kremldəki mənbəsinə istinadən verdiyi məlumatda bu barədə qeyd edilib. Moskva bir batareya üçün bu məbləği tələb edib. Məlumatı Müdafiə Nazirliyindəki mənbə də təsdiqləyib.
Türkiyənin almaq istədiyi raket kompleksi ilə bağlı məsələ bir neçə aydır müzakirə edilir. Kompleks alqı-satqısı məsələsinin bir neçə gün öncə Soçidə baş tutan Vladimir Putin Rəcəb Tayyib Ərdoğan görüşündə də müzakirə edildiyi açıqlanıb. Lakin detallar barədə heç bir məlumat verilmir.
Qeyd edək ki, NATO raket zenit sisteminin alınması məsələsinə mənfi münasibət bəsləyir. Daha öncə də NATO standartlarına uyğunluq səbəbi ilə müdafiə sənayesi sahəsində Rusiya ilə bəzi alış razılaşmaları həyata keçirilə bilməmişdi.
Türkiyə S-400 hava hücumundan müadafiə sistemləri ilə hələ 2009-cu ildən maraqlanmağa başlayıb. Lakin o zaman əməkdaşlıq dayandırılıb. Suriya ilə sərhəddə baş verən “Su-24” insidenti iki ölkə arasında münasibətləri kəskin pozmuşdu. Türkiyənin Rusiyaya məxsus qırıcını vurmasından sonra Ankara “S-400″ün analoqu hesab edilən, Fransa-İtaliya birgə istehsalı olan SAMP-1 zenit raket sistemi almaq niyyətində olduğunu açıqlayıb. Lakin bununla bağlı razılıq əldə edilməyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR