Rusiya XİN-in əməkdaşı iki nəfəri güllələyəndən sonra intihar edib

Rusiya Xarici İşlər Nazirliyinin əməkdaşı tanıdığı qadını və onun qızını tüfəngdən güllələyəndən sonra özü intihar edib. “Report” “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, hadisə Moskvanın cənub-qərbində Lenin prospektində yerləşən yaşayış binasında baş verib.
“Biz XİN əməkdaşı ilə bağlı faciədən xəbərdarıq. Hüquq-mühafizə orqanları baş verən hadisənin təfərrüatlarını araşdırır”, – XİN-in informasiya və mətbuat departamentindən bildirilib.
Eyni zamanda Nazirlik hadisənin detalları barədə məlumat verməyib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR