Rusiyada hərbi təyyarə qəzaya uğrayıb: Ölən və yaralananlar var

Rusiyada “An-26” təyyarəsinin qəzaya uğraması nəticəsində 1 hərbçi ölüb, 5-i yaralanıb.

Qafqaznews.az Report-a istinadən xəbər verir ki, məlumatı Rusiya Müdafiə Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsi yayıb.

Hadisə Krasnodar Ali Aviasiya Məktəbinin təyyarəçilərinin Saratovda təlim-məşq uçuşu keçirdiyi zaman baş verib. “An-26” təyyarəsinin sərt enişi qəzaya səbəb olub.

Məlumata görə, uçuş zamanı təyyarənin göyərtəsində 6 nəfər ekipaj üzvü olub: “Eniş zamanı təyyarə yanıb. Nəticədə bir hərbçi ölüb. Təyyarədəki qalan 5 ekipaj üzvü isə axtarış-xilasetmə əməliyyatı nəticəsində tapılaraq xəstəxanaya yerləşdirilib”.

Xəbərdə bildirilib ki, qəzaya səbəb təyyarənin mühərriklərindən birinin işləməməsi olub. Hadisənin səbəbini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR