Rusiyadan sərt cavab: 5 diplomat deportasiya edildi

Rusiya 5 moldovalı diplomatın ölkədən deportasiya edilməsi barədə qərar verib.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib.

Bəyanatda bildirilir ki, 31 mayda Moldova səfirliyinin müşaviri Nikolay Mıyinya Xarici İşlər Nazirliyinə çağırılıb və ona 29 mayda 5 rus diplomatın Kişniyovdan göndərilməsinə qarşılıq Moskvadakı 5 moldovalı diplomatın arzuolunmaz şəxs elan edildiyi barədə nota verilib.

Qeyd edək ki, Moldova 5 rus diplomatı arzuolunmaz şəxs elan edib. Ölkə Prezidenti Dodon bunu Rusiya ilə ikitərəfli əlaqələrin inkişafına mane olmaq üçün atılan addım adlandırıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR