Şəbnəmin bir kişi ilə paylaşdığı foto ağılları qarışdırdı: Üzünü gizlətdiyi əri…

Müğənni Şəbnəm Əsədova yenidən diqqətləri öz üzərinə çəkməyi bacarıb.

İfaçının sosial şəbəkədə bir kişi ilə paylaşığı foto izləyicilərin müzakirəsinə səbəb olub. Çoxları həmin şəxsi Ş.Əsədovanın mediadan üzünü gizlətdiyi həyat yoldaşı hesab edib. Onlara xoşbəxtlik arzulayanlar, bir-birinə yaraşdıranlar da az olmayıb.

 Fotodakı şəxs Şəbnəmin həyat yoldaşı deyil. O, ifaçının ailəvi dostudur. 

Qeyd edək ki, yenicə ana olan Ş.Əsədova həyat yoldaşı ilə cah-cəlallı toy etməsə də birlikdə yaşayır. Bu münasibətdən bir oğulları dünyaya gələn cütlük bildirib ki, kəbin və rəsmi nikah şəhadətnaməsini mediaya nümayiş etdirməyə hazırdır.

Mənbə: big.az

  DİGƏR XƏBƏRLƏR