Səfir: “Argentina Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verməyə hazırdır”

”Buenos-Ayres Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə töhfə verməyə hazırdır”.
Bunu APA-ya açıqlamasında Argentinanın Azərbaycandakı səfiri Karlos Dante Riva deyib.
O bildirib ki, bu münaqişə hamı üçün narahatlıq mənbəyidir: “Mövqeyimiz ondan ibarətdir ki, biz bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdarıq. Münaqişənin sülh yolu ilə həlli bütövlükdə regionun inkişafı üçün yeni perspektivlər açacaq. Biz dəfələrlə bəyan etmişik ki, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik. Bu ölkənin müstəqilliyini beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində tanımışıq”.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR